Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvanın rayon və kəndlərində genişzolaqlı internetin əhatə dairəsi genişlənir
Cari ildə Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını əhatə edən Yeni Nəsil telekommunikasiya sistemi və Şərur şəhərində yeni Rabitə evi istifadəyə verilib.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları (RİTN) Nazirliyində 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, Rabitə evində işçilər üçün bütün infrastruktur yaradılmış, xidmət sahələri tamamilə kompyuterləşdirilib.
Bunun üçün binada kompyuter şəbəkəsi qurulub, bütün şəbəkənin vahid mərkəzdən idarə edilməsi təmin olunub. Şərur və Sədərək rayonlarını əhatə edən Yeni Nəsil telekommunikasiya sistemi 15 min 904 abunəçi tutumlu, 25 ədəd üçüncü nəsil telefon stansiyalarından və ehtiyat idarəetmə sistemindən ibarətdir.
Bundan başqa, Naxçıvan MR rayon və kəndlərində genişzolaqlı internet xidmətlərinin göstərilməsi üçün “DSLAM” avadanlığı quraşdırılıb.
Genişzolaqlı internet xidmətlərinə qoşulmanın avtomatlaşdırılması məqsədilə Naxçıvan MR İnternet Mərkəzində “Billinq” sistemi yaradılmış, internet kartları hazırlanaraq satışa buraxılıb.
27/07/12 Çap et