Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur sosial şəbəkənin saytına hər gün təxminən 552 milyon istifadəçi daxil olur


Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”un   istifadəçilərinin sayı 955 milyonu ötüb. Bu barədə şirkətin nümayəndələri məlumat veriblər.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, 2012-ci ilin ikinci rübünün nəticəsinə görə sosial şəbəkənin auditoriyası 54 milyon və ya 6 faiz artıb.
Məlumat üçün bildirək ki, sosial şəbəkə auditoriyasının 900 milyon aktiv istifadəçi həddini keçməsi haqqında 2012-ci ilin aprelində məlumat vermişdi.

Sosial şəbəkənin saytına hər gün təxminən 552 milyon istifadəçi daxil olur. “Facebook”un mobil xidmətlərinin auditoriyası 1 ay ərzində 543 milyon istifadəçi təşkil edib.

“Facebook”un rəqibi “Google+” sosial şəbəkəsi ötən rübdə birinci ad gününü qeyd edib. “Google+”-un auditoriyası hazırda 250 milyon qeydiyyatdan keçmiş istifadəçidən ibarətdir. “Google+” sosial şəbəkəsinin aylıq auditoriyası 150 milyon insan təşkil edir və hər gün ora 75 milyon istifadəçi daxil olur.
 
EMİL





27/07/12    Çap et