Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da 1 Qbitlik internet-şəbəkə istifadəyə verilib
“Google” şirkəti Amerikanın Kanzas-Siti şəhərində internetə çıxış üçün təcrübi yüksəksürətli şəbəkə istifadəyə verib. Şəbəkənin nəzəri keçirtmə qabiliyyəti saniyədə 1 qiqabit təşkil edir.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google” mühəndislərinin keçirdikləri sınaq gedişində yeni şəbəkədə yükləmə sürəti saniyədə 973 meqabit təşkil edib.
Şəbəkə hələ ki şəhərin bəzi rayonlarında işləyir, lakin “Google” şəbəkənin əhatə dairəsini genişləndirməyi planlaşdırır.Qeyd edək ki, yeni şəbəkəyə çıxış imkanı pullu olacaq. İki tarif planı (120 dollar və 70 ABŞ dolları) nəzərdə tutulub.
Universitet, kitabxana və xəstəxanalar “Google” şəbəkəsinə pulsuz qoşulacaq.“State of the Internet” hesabatına görə, 2011-ci ilin son rübündə ABŞ-da internetə çıxışın orta sürəti saniyədə 5,8 meqabit təşkil edib.
EMİL
27/07/12 Çap et