Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” şirkətinin rüblük mənfəəti 96 faiz azalıb


“Amazon” şirkəti 2012 maliyyə ilinin ikinci rübü üzrə hesabat verib.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, internet-mağazanın rüblük mədaxili 33 faiz artaraq 12.83 milyard dollar təşkil edib. Kitab, kompakt-disk, DVD və digər daşıyıcıların satış həcmi 13 faiz artaraq 4,12 milyard dollara bərabər olub. Elektronika və digər məhsullardan 8,16 milyard dollar əldə olunub.

“Amazon” şirkətinin xalis mənfəəti 96 faiz azalaraq 7 milyon təşkil edib. Belə kəskin azalmaya səbəb “Kiva Systems” şirkətinin satın alınması ilə bağlı xərclərlə izah olunur. “Amazon” həmin şirkəti satın almaq üçün nağd olaraq 775 milyon dollar ödəyib.






EMİL





27/07/12    Çap et