Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın regionlarında DVB-T rəqəmli TV yayımının tətbiqi genişləndirilir


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2011-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı proqramı"nın həyata keçirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tədbirlər Planına uyğun olaraq, regionlarda DVB-T rəqəmli yayımının tətbiqi ilə bağlı olaraq "Teleradio" İstehsalat Birliyi (İB) tərəfindən ardıcıl tədbirlər davam etdirilir. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə "Teleradio" İB-nin məlumatında deyilir.

Bununla əlaqədar, cari il, 20 iyul tarixində Qax rayonunun Almalı RTS-də 29-cu TV kanalında 300 Vt gücə malik, Şəki RTS-də 60-cı TV kanalda 600 Vt-lıq "Vigintos Elektronika" tipli DVB-T vericiləri quraşdırılaraq istismara verilib və 10 proqramlı paketin yayımı təmin olunub.

Bununla yanaşı, iyulun 21-də Tovuz RTS-də 58-ci TV kanalında gücü 300 Vt olan  və Xaçmaz rayonunun Yalama RTS-də 52-ci TV kanalında 300 Vt-lıq "Vigintos Elektronika" tipli  DVB-T rəqəmli vericiləri quraşdırılaraq istismara verilib.

CAHANGİR





27/07/12    Çap et