Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfon bazarının həcmi 42 faiz artıb
2012-ci ilin ikinci rübündə 50,2 milyon smartfon tədarük edən “Samsung Electronics” korporasiyasının bazar payı 36.2 faiz təşkil edib. Beləliklə, Cənubi Koreya istehsalçısı ən yaxın izləyicisi olan “Apple” şirkətini 2 dəfə qabaqlaya bilib. “Apple” şirkəti 26 milyon “iPhone” smartfonu satıb və bazar payı 16.9 faiz təşkil edib.
1 il ərzində “Apple” tədarük həcmini 27,5 faiz, “Samsung” isə 172,8 faiz artırıb. “IDC” analitik şirkəti bildirib ki, vəziyyət yeni “iPhone” smartfonunun istehsalı ilə əsaslı şəkildə dəyişə bilər.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Nokia” ticarət markası altında istehsal olunan smartfonların tədarük həcmi 2012-ci ildə 10.2 milyon təşkil edib.
Nəticədə Finlandiya istehsalçısı üçüncü yerdə qərarlaşıb və onun bazar payı 6,6 faiz olub. “HTC” (5,7 faiz) və “ZTE” (5,2 faiz) şirkətləri dördüncü və beşinci yerləri bölüşdürüblər.2012-ci ilin aprel-iyun ayları ərzində smartfonların tədarük həcmi 153,9 milyon ədəd təşkil edib.
EMİL
27/07/12 Çap et