Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google”-un mobil versiyasında əllə yazılma funksiyası istifadəyə verilib
“Google” şirkəti axtarış sisteminin mobil versiyasına məlumatların əllə daxil edilməsi funksiyasını əlavə edib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, əllə yazılma rejimi aktiv edildikdə, istifadəçi axtarış sorğusunu barmaqları ilə smartfonun ekranında yaza bilər. Bu halda mətnin axtarış sətri sahəsində yazılması mütləq deyil, hərfləri ekranın digər hissələrində də yazmaq olar.
Sorğunu axıra kimi "yazmamaq" olar. “Google” artıq daxil edilmiş simvollar əsasında istifadəçiyə avtomatik tamamlama variantları təklif edir. İstifadəçi lazımi variantı seçdikdən sonra ekranda axtarış nəticələrini görəcək.
Əllə yazma rejimini “Google”-un mobil versiyasında "Sazlamalar" bölməsindən aktivləşdirmək olar. 27 dil dəstəklənir. Funksiya “iOS 5”, “Android 2.3” və “Android 4.0” platforması ilə işləyən qurğularda işləkdir.
EMİL
28/07/12 Çap et