Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron qaydada qeydiyyata alınan sahibkarların sayı ümumi qeydiyyatın 60 faizini təşkil edir
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli fərmanının icrası ilə əlaqədar olaraq biznes mühitinin yaxşılaşdırılması məqsədilə ötən ilin ortalarından fiziki şəxslərin, bu ilin əvvəlindən isə hüquqi şəxslərin internet vasitəsilə elektron qeydiyyatına başlanılıb.
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, artıq 11 mindən yuxarı sahibkar elektron qaydada qeydiyyata alınıb. Bu da ümumi qeydiyyatın 60 faizini təşkil edir.
HƏQİQƏT
28/07/12 Çap et