Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Televizorların istehsalı 1,5 dəfə artıb


2012-ci ilin I yarısında kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 129,4 milyon manat olub.

Dövlət Statistika Komitəsindən verilən xəbərə əsasən, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 3,1 dəfə artıb.

Cari ilin yanvar-iyun ayları ərzində 92 ədəd güc transformatorları, 2 min ədəd məişət soyuducuları istehsal edilib, televizorların istehsalı 1,5 dəfə artaraq 11 798 ədəd təşkil edib.

2012-ci il iyulun 1-nə müəssisələrin anbarlarında 34,7 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 12,9 faizi qədər hazır məhsul ehtiyatı qalıb.
 





28/07/12    Çap et