Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Neft Fondu İT avadanlıqları və proqram təminatı ilə bağlı tender elan edib
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) informasiya texnologiyaları avadanlıqlarının və proqram təminatı lisenziyalarının satın alınması məqsədilə açıq tender elan edib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Tender Komissiyasının məlumatında deyilir.
Tender proseduraları 14 sentyabr 2012-ci il, yerli vaxtla saat 11:00-da ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Neftçilər prospekti 24 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaq.
Tenderdə iştirak üçün ərizə, podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; ixtisas göstəricilərinə dair məlumat, tender təklifi və podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı təqdim olunmalıdır.
Podratçılardan tələb olunan sənədlər 05 sentyabr 2012-ci il, yerli vaxtla 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 13 sentyabr 2012-ci il, yerli vaxtla 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1000, Bakı şəhəri, Neftçilər prospekti 24, ünvanında yerləşən ARDNF-ə təqdim edilməlidir.
Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün İnformasiya Texnologiyaları sahəsində ən azı 5 illik təcrübənin, müvafiq sahədə həyata keçirilmiş 3-5 layihənin olması, texniki və maliyyə imkanları, idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcək.
Tender ilə əlaqədar suallar və sorğular “RFP@oilfund.az” ünvanlı elektron poçta və ya (+994 12) 498 17 60 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 111, 177)
CAHANGİR
28/07/12 Çap et