Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Almaniyada güclü superkompyuter istifadəyə verilib
Bavariya Elmlər Akademiyasının nəzdində Leybnits adına Almaniyanın superkompyuter mərkəzi dünən 50 illiyini qeyd edib və yeni “SuperMUC” superkompyuterini təqdim edib. Bu, dünyada “x86” prosessorları əsasında işləyən dördüncü ən güclü kompyuterdir.
Superkompyuter “IBM” şirkəti tərəfindən yaradılıb və o, “SUSE Linux Enterprise Server” əməliyyat sistemi ilə işləyir. “SuperMUC”, həmçinin Avropada ən sürətli superkompyuterdir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, superkompyuter insanın orqanizmindəki qan sisteminə oxşar unikal soyuma sisteminə malikdir. Bu sistemin sayəsində kompyuter az enerji sərf edir. Həm də kompyuterdəki istiliyin toplanılması sistemi universitetin kampusunda suyun isidilməsi üçün istifadə olunur.
Superkompyuter 155 min prosessor nüvəsinə malikdir və məhsuldarlığı 3 petaflop/san təşkil edir. Kompyuterin əməli yaddaş tutumu 324 terabayta bərabərdir.
EMİL
28/07/12 Çap et