Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Pentaqon kiberhücuma məruz qaldığını təsdiq edib
Pentaqon iyulun 14-də 2011-ci ilin mart ayında güclü kiberhücuma məruz qaldığını təsdiq edib və bu, onun tarixində ən böyük məlumat oğurluğu olub. ABŞ müdafiə nazirinin müavini Uilyam Linn bildirib ki, söhbət 24 min fayldan gedir. Pentaqonun məlumatına görə, müəssisənin kompyuter şəbəkəsinə hücumu xarici dövlət hakimiyyəti təşkil edib. Linn hansı dövlət olduğunu bildirməyib. O, həmçinin hansı növ məlumatın ələ keçirildiyi haqqında da məlumat verməyib. AP qeyd edib ki, əvvəllər hərbi müəssisə kiberhücumlarla bağlı tez-tez Rusiya və Çin hakerlərini günahlandırıb.
Linn martda edilmiş kiberhücum haqqında Müdafiə Nazirliyinin kompyuter təhlükəsizliyinin müdafiəsi sahəsində yeni strategiyasına həsr edilmiş nitqində bildirib. ABŞ Milli Müdafiə Universitetində çıxış edərək o bildirib ki, Pentaqon daha çox terror qrupları tərəfindən təşkil edilmiş haker hücumlarından ehtiyat edir. Linnin sözlərinə görə, ABŞ-ın hərbi gücünü qiymətləndirən dövlətlər onunla açıq münaqişəyə girməyə risk etməyəcəklər, lakin məxfi məlumatların terrorçuların əlinə keçməsinin nəticələri ən ciddi və gözlənilməz hadisələrə gətirib çıxara bilər.
İyul ayının 12-də Pentaqonun podratçısı olan Booz Allen “Hamilton” şirkətinin serverinin “qırılması” haqqında bildirilib. Nəticədə “Anonymous” qrupundan hakerlər 90 mindən çox Amerika hərbi qulluqçusunun elektron poçt ünvanını əldə ediblər.
15/07/11 Çap et