Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyada süni fotosintez texnologiyası hazırlanıb
Yaponiyanın "Panasonic” korporasiyasının hazırladığı süni fotosintez texnologiyası gələcəkdə avtomobil yanacağının istehsalında istifadə edilə bilər. Bu barədə Yaponiyanın "Nikkey" qəzeti yazıb.
"Panasonic" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış texnologiya üzvi maddələri günəş işığının enerjisindən istifadə etməklə su və karbon qazından əldə etməyə imkan verir. Kimyəvi reaksiyanı işə salmaq üçün istehsalçılar funksiyalarına görə günəş batareyasına oxşar qurğudan istifadə etməyi təklif ediblər. Nəticədə onlar praktik olaraq bitkilərdə müşahidə olunan fotosintez prosesinin tam oxşarını əldə ediblər.
"Panasonic" şirkətindən verilən məlumata əsasən, bu istiqamətdə aparılan tədqiqatların yalnız birinci hissəsi başa çatdırılıb. Şirkətin mütəxəssisləri 2015-ci ilədək hazırda müasir avtomobil yanacağının əsas komponentlərindən biri kimi fəal istifadə edilən etanolun istehsalı üsulunu tapmaq niyyətindədirlər.
"Panasonic" şirkəti yeni texnologiyasını geniş kütləyə iyulun 30-da Los-Anceles şəhərində keçiriləcək ixtisaslaşdırılmış sərgidə təqdim etmək niyyətindədir.
EMİL
30/07/12 Çap et