Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter” istifadəçiləri Olimpiada haqqında məlumatları operativ çatdırır
Yay Olimpiya Oyunlarının təşkilatçıları qeyri-adi problemlə qarşılaşıblar: hər gün Londonda müxtəlif idman yarışlarını canlı izləyən yüzminlərlə insan orada baş verənlər haqqında “Twitter” xidmətindəki mikrobloqlarında aktiv şəkildə yazaraq televizor yayımında maneələr yaradırlar.
Olimpiya komitəsinin nümayəndələri "Twitter”də hər boş şeydən ötrü yazmamaq" xahişi ilə bütün azarkeşlərə müraciət ediblər.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, rəsmi olaraq heç kim tamaşaçılara smartfonlardan istifadə etməyi və onunla internetə daxil olmağı qadağan edə bilməz. Lakin azarkeşlərdən yarışların gedişatını televizor vasitəsilə izləyənlərə qarşı hörmətlə yanaşmağı xahiş ediblər.
EMİL
30/07/12 Çap et