Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nyu-Yorkda ümumi videonəzarət sistemi tətbiq ediləcək


Nyu-Yorkda gələn həftə ümumi videonəzarət sistemi tətbiq ediləcək və nəticədə polis departamentinin imkanları mühüm dərəcədə genişlənəcək. Bu barədə Aspen şəhərində keçirilmiş təhlükəsizlik forumunda bildirilib. Yenilik ilk növbədə cinayətkar fəaliyyət və terror aktlarının qarşısının alınması üçün istifadə ediləcək.

“ICTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, videonəzarət sisteminin yalnız üzləri tanıması deyil, həm də cinayətin törədilməsi anını müəyyən etməsi planlaşdırılır.

Avtomatlaşdırılmış sistem hüquq qaydalarının pozulması statistikasının bazası ilə birləşdiriləcək. Nəticədə cinayət hadisələrinin çoxluğu ilə seçilən rayonlar qeyd ediləcək və həmin rayonlarda patrul xidmətinin təşkili effektiv şəkildə optimallaşdırılacaq.
 



EMİL





30/07/12    Çap et