Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
8 milyon abunəçinin məlumatlarını “oğurlamış” hakerlər həbs edilib
Cənubi Koreya polisi ölkənin ən böyük “KT Corp” operatorunun 8 milyon müştərisinin məlumatlarını ələ keçirməkdə şübhəli bilinən iki hakeri həbs edib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, kibercinayətkarlar verilənlər bazasını “sındıraraq” oradan soyadları, telefon nömrələrini və abunəçilərin sənədləri haqqında informasiyanı “oğurlayıblar”.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, kiberсinayətkarlar təxminən 6 ay ərzində operatorun verilənlər bazasına çıxış imkanına malik olublar. “KT Corp” rəhbərliyinin nümayəndələri abunəçilərindən üzr istəyiblər və təhlükəsizlik sistemini gücləndirəcəklərinə dair söz veriblər.
EMİL
30/07/12 Çap et