Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 48145 ədəd “smart-kart” tipli elektron qaz sayğacı quraşdırılacaq


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən şəbəkənin nəqletmə imkanlarının artırılması və təhlükəsiz istismarının təmin olunması, qaz təchizatının yaxşılaşdırılması ilə bağlı mövcud daşıyıcı və paylayıcı qaz kəmərlərinin əsaslı təmiri və yenidən qurulması, kənd yaşayış məntəqələrinin və yeni yaşayış sahələrinin qazlaşdırılması üçün 2012-2013-cü illərdə icrası nəzərdə tutulan layihə hazırlanıb.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən “Azəriqaz” İstehsalat Birliyindən (İB) bildirilib ki, əsasən respublikanın bütün bölgələrini əhatə etməklə layihəyə 32÷530 mm diametrli 1877 km polad daşıyıcı və paylayıcı qaz kəmərlərinin, 25÷400 mm diametrli 19377 km polietilen daşıyıcı və paylayıcı qaz kəmərlərinin, 463514 ədəd qaz sayğacının, o cümlədən 48145 ədəd “smart-kart” tipli elektron qaz sayğacının, 415369 ədəd mexaniki qaz sayğacının və bununla bağlı 20÷25 mm diametrli 20896 km boru xəttinin quraşdırılması, 439189 ədəd fərdi qaz tənzimləyicilərinin, 1162 ədəd qaztənzimləyici şkafların, 80 qazpaylayıcı stansiyada yeni tənzimləyici və nəzarət-ölçü avadanlıqlarının quraşdırılması daxildir.
 
HƏQİQƏT





30/07/12    Çap et