Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”in auditoriyası 500 milyona çatıb


2012-ci ilin iyununa olan məlumata görə, “Twitter” mikrobloqlar xidmətinin auditoriyası 500 milyona çatıb. Bu barədə “Semiocast” şirkəti məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən   bildirir ki, istifadəçilərin 141.8 milyonu ABŞ-ın payına düşür. Bu göstərici xidmətin bütün auditoriyasının 27,4 faizini təşkil edir.

Cakarta (İndoneziya ölkələrin reytinqində beşinci yerdə qərarlaşıb) ən çox “tvitləyən” şəhər olub. Bu göstərici üzrə sonrakı yerlərdə Tokio və London şəhərləri yerləşib.

“Twitter” xidmətinin nümayəndələri qeydiyyatdan keçmiş hesabların ümumi sayını açıqlamır. 2012-ci ilin martına olan məlumata əsasən, xidmətin aktiv istifadəçilərinin sayı 140 milyon təşkil edib. “Twitter”in direktoru Dik Kostolonun iyunda bildirdiyi məlumata görə, xidmətdə hər gün 400 milyon tvit dərc edilir.


EMİL





31/07/12    Çap et