Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” hakerləri mükafatlandırır
"Facebook" elit hakerlərin mükafatlandırılması ilə əlaqədar növbəti proqrama start verib. Belə ki, sosial şəbəkənin təhlükəsizlik sistemində boşluq tapan birinci şəxs onun dərəcəsindən asılı olaraq 500-10000 dollar həcmində mükafatlandırılacaq.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Facebook" hakerləri mükafatlandırmağa keçən ildən başlayıb və o vaxtdan etibarən onlara 400 mindən çox dollar ödəyib. "Facebook" "qara" metodlara (DDoS hücum və spam) və ya kənar istehsalçıların tətbiqlərindəki səhvlərə görə mükafatlandırmayacaq.
Məlumat üçün bildirək ki, digər böyük İT şirkətləri də təhlükəsizlik sistemində aşkar edilmiş boşluğa görə pul ilə mükafatlandırır. Məsələn, "Google", "Mozilla" kimi şirkətləri nümunə göstərmək olar.
EMİL
31/07/12 Çap et