Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Wi-Fi” yol-nəqliyyat hadisələrinin sayını azaldacaq


“General Motors” şirkətinin mühəndisləri avtomobillərə yoldakı piyadalar haqqında “Wi-Fi Direct” (perspektiv simsiz rabitə protokolu) əsasında qurulmuş bildiriş sistemini tətbiq etməyi təklif ediblər.

Belə sistem yol-nəqliyyat hadisələrinin sayını azaltmağa kömək edəcək: məsələn, sistem sürücüləri parkovka edilmiş avtomobilə görə yolun hərəkət hissəsinə çıxmış piyadalar haqqında xəbərdarlıq edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, rabitə sürəti həlledici rol oynayır: əgər “3G” üzrə  bağlantıya təxminən 7-8 saniyə sərf olunursa, lakin “Direct” üzrə bağlantı üçün 1 saniyədən az vaxt lazımdır.

Bundan əlavə, “Direct”-ə mobil qüllə, peyk, kamera və ya radar kimi vasitəçi lazım deyil. Yeni protokol bir neçə “Wi-Fi” qurğu arasında router və ya çıxış nöqtəsi olmadan birbaşa əlaqə yaradır.
“Direct”-in hərəkət radiusu təxminən 200 metr təşkil edir.


EMİL





31/07/12    Çap et