Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli bankın maraqlı onlayn ödəniş sistemi


“NBCBank”ın  “BILL PAY”  adlanan onlayn ödəniş sistemi vasitəsi ilə bankın filial və şöbələrinə, poçta getmədən, günün istənilən vaxtı və istənilən məkanda heç bir komisyon haqq ödəmədən kommunal, mobil və stasionar telefon, internet provayder, kabel TV və digər ödənişləri “VISA” və “MASTER CARD” tipli plastik kartlar vasitəsi ilə internet üzərindən ödəniş etmək mümkündür.

“BILL PAY” sisteminin aşağıdakı üstünlükləri var:
• Aylıq ödəmələrinizin şəxsi kabinetdə qeydiyyatı;
• Ödəmə tarixçənizin şəxsi kabinetdə yadda saxlanılması;
• Hər ödəmədə bonusların əldə olunması;
• Kart məlumatlarının şəxsi kabinetdə saxlanılması
• Və eləcə də qeydiyyatdan keçmədən yuxarıda qeyd olunan ödənişləri etmək

Onlayn xidmətdən yararlanmaq istəyənlər bu linkdən istifadə etməklə (http://billpay.nbcbank.az/) öz ödənişlərini edə bilərlər. “BILL PAY” sistemindən qeydiyyatdan keçən hər bir istifadəçi ödəniş etdiyi xidməti və müvafiq kodu 1 (bir) dəfə qeyd edir və beləliklə də gələn dəfə bu məlumatları yenidən daxil etmək zərurəti ilə üzləşmir. Həyata keçirilən bütün ödənişlər yaddaşda saxlanılır. Müştəri istədiyi zaman etdiyi ödənişlərə baxa bilər və  ödənişləri üzrə çıxarışları çap edə bilər.

RƏVAN





31/07/12    Çap et