Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Asha Touch” ailəsi artıq satışda


“Nokia”, milyard istifadəçini, internet şəbəkəsinə qoşmaq  strategiyasının həyata keçirilməsi kampaniyası çərçivəsində, yeni  305, 306 və 311 “Asha Touch” modellərini təqdim edib. Hal-hazırda bu yeniliklərin yalnız ikisi, “Nokia Asha 305” və “Nokia 306” modelləri haqqında qısaca məlumat verəcəyik.

“Nokia Asha 305”-in əsas xüsusiyyətlərindən biri  “Easy Swap” texnologiyası və iki SİM-kartın dəstəklənməsidir.  “WQVGA” displeyi rezistiv sensorlu ekranla uyğunlaşdırılıb. Cihaz “Bluetooth 2.1” modulu, 2-Mpiks kamera ilə və pulsuz 40 eksklüziv oyunla təchiz olunub.

Telefonun yaddaşı “microSD” formatlı yaddaş kartı vasitəsilə 32 GB həcmə qədər artırıla bilər. Enerji ehtiyatını isə 1110 mA/saat-lıq, 14 saat danışıq və 22 gün gözləmə rejimində işləyən akkumulyator təmin edir.  Bundan əlavə cihaz, telefonun yaddaşında saxlanılan, iki kart arasında olan məlumatların seçilməsi mümkünlüyü ilə SİM-kartların sürətli dəyişməsi imkanına malikdir.

“Nokia Asha 306”, “Nokia 305” modelinə çox bənzəyir. Bu iki modeli bir-birindən fərqləndirən, lakin bir SİM- kartın dəstəklənməsi və “Wi-Fi”  moduldur.

Bütün yeni modellər “Nokia Browser  2.0” dəstəkləyir. Əsas xüsusiyyətləri bilgilərin 90%-ə qədər sıxılmasını təmin etməkdir ki, bu da öz növbəsində istifadəçiyə sürətli və ucuz mobil internetdən istifadə etmək kimi üstünlüyü təmin edir. Əlavələr vasitəsilə lazım olan bütün məlumatları asanlıqla əldə etmək və brauzeri cihazı çevirərək portret və landşaft rejimində izləmək mümkündür. Cihazların hər biri 3 düymlü displey ilə təchiz edilmişdir və yüngül çəkiyə malikdirlər.
 
“Asha Touch” yeniliklərinin əsas üstünlükləri:
 
RƏVAN





31/07/12    Çap et