Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Lənkəranda Heydər Əliyev Mərkəzi yeni texnologiyalarla təchiz olunub
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfər edib.
Dövlət başçısı Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Lənkərana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib. Yenidənqurma işlərindən əvvəl mərkəzin ümumi sahəsi 300 kvadratmetr olub. Hazırda isə binanın ümumi sahəsi 3 min kvadratmetrdir. Mərkəzin ikimərtəbəli binasının interyeri nəfis tərtibatda işlənib.
Mərkəzdə həmçinin “3D” avadanlığı ilə təchiz edilmiş kinozal, elektron kitabxana, internet-klub, kafe, linqvistika otağı, rəsm studiyası, fotostudiya, sərgi salonu, şahmat və intellektual oyun otaqları, virtual sinif var. Mərkəzdəki 300 yerlik akt və 80 yerlik konfrans zallarında rayonun ictimai-siyasi və mədəni həyatında, əlamətdar günlərdə müxtəlif tədbirlərin keçirilməsi üçün geniş şərait yaradılıb. Zallar müasir akustika sistemləri ilə təchiz olunub.
RƏVAN
31/07/12 Çap et