Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Beyləqanda intellektual çempionatda 4 komanda mübarizə aparıb
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində Azərbaycan İntellektual Oyunlar Federasiyası tərəfindən Beyləqanda intellektual klub yaradılıb.
Federasiyadan verilən məlumata görə, klubun təşkilatçılığı ilə rayonda Nə? Harada? Nə vaxt? intellektual oyunu üzrə çempionat keçirilib.
Gənclər və İdman Nazirliyinin yaradılmasının 18-ci ildönümünə həsr olunmuş çempionatda 4 komanda iştirak edib.İntellektual yarışmada “Olimpiya” komandası qalib gəlib.
31/07/12 Çap et