Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sentyabrın 12-də yeni “iPhone” smartfonu təqdim edilə bilər


Sentyabrın 12-də yeni “iPhone” smartfonunun təqdimatı ola bilər, 21-də isə aparat satışa çıxarılacaq. Bu barədə Amerika Kütləvi İnformasiya Vasitələri məlumat yayıb.

Onların məlumatına görə,  yeni “iPhone” modeli daha nazik korpusa və böyük diaqonallı  ekrana malik olacaq. Bundan əlavə, onun dördüncü nəsil şəbəkələrdə işləyəcəyi gözlənilir. Artıq internetdə aparatın foto və videoları yerləşdirilib. Lakin onların etibarlılığı təsdiq edilməyib.







 
EMİL





31/07/12    Çap et