Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda Maliyyə Monitorinqi Xidməti üçün kompyuter avadanlığı tədarükçüsü seçilib
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidmətinin informasiya texnologiyaları sahəsində xidmətlərin alınması üzrə elan etdiyi tenderin qalibi "GT Solutions" olub. Bu barədə tender komissiyasının rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.
Tender mühasibat sisteminin, AzAML və saytın proqram təminatının təkmilləşdirilməsi və dəstəyi, İstehsalat Birliyinin istifadə etdiyi dəstək və lisenziyanın müddətinin uzadılması, istifadə edilən avadanlığın dəstəyi, daxili lokal şəbəkələrinin yoxlanılması və portların icarəyə verilməsi çərçivəsində keçirilib.
01/08/12 Çap et