Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gmail”-də videomail istifadəyə verilib


“Google” şirkəti “Gmail” poçt xidmətinə yeni videoçat quraşdıracaq. O, “Google+” sosial şəbəkəsində reallaşdırılmış "Videogörüşlər" xidmətinə (Hangouts) əsaslanacaq. Bu barədə rəsmi bloqda məlumat verilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, “Gmail” istifadəçilərinə yeni videoçat vasitəsilə əlaqə saxlamaq üçün “Google+”-da hesab açmağa ehtiyac yoxdur. Lakin sosial şəbəkədə qeydiyyatdan keçməklə kollektiv videoəlaqə seanslarında iştirak etmək imkanı kimi bir sıra üstünlüklər əldə olunur.

“Google” şirkətinin məlumatına əsasən, “Gmail” xidmətinin bütün istifadəçiləri bir neçə həftədən sonra yeni videoçatdan istifadə edə biləcəklər.




EMİL





01/08/12    Çap et