Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” saxtalıqda ittiham olunur?!
“Facebook” sosial şəbəkəsində reklam kampaniyası işə salmış Amerikanın “Limited Run” şirkətinin əməkdaşlarının gəldiyi nəticəyə əsasən, onun yerləşdirdiyi reklam elanları üzrə kliklərin böyük əksəriyyəti saxta hesablardan edilib.
“ICTnews.az” elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, “Facebook”un təqdim etdiyi statistikanı şəxsi məlumatları ilə müqayisə edən şirkətin əməkdaşlarının gəldiyi nəticəyə əsasən, kliklərin təxminən 80 faizi “robot”-hesablardan edilib.
Şirkətin sosial şəbəkənin səhifəsində qeyd edilib ki, “Limited Run” hesabını 2 həftə ərzində silməyi planlaşdırır. Şirkət ticarət markasının reklamını “Twitter”də aparmaq niyyətindədir.
“Facebook” şirkətinin nümayəndələri öz növbəsində elan verənin iddialarını şərh edərək bildiriblər ki, hadisəni araşdırırlar.
EMİL
01/08/12 Çap et