Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli internet provayder “Əlavə bonus müddəti” kampaniyasına start verib
Mübarək Ramazan ayı ərzində müştərilərə təqdim olunan müxtəlif xüsusi təkliflər ölkəmizdə artıq bir ənənəyə çevrilir. Bu ənənəni "Sazz 4G İnternet" də dəstəkləyir və öz abunəçilərinə "Əlavə bonus müddəti" kampaniyasını təqdim edir.
Belə ki, əvvəlcədən ödənilən 4 aylıq abunəçi haqqına görə abunəçilər əlavə 15 gün, 6 aylıq abunəçi haqqına görə isə əlavə 1 ay pulsuz internet əldə edəcəklər. Kampaniya bütün mövcud "Sazz 4G" abunəçilərini əhatə edir. Qeyd edək ki, əgər bonus qazanmış müştəri hesabını dondurursa, onda bonusları silinir.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.
Kampaniyadan faydalanmaq istəyən abunəçilər Süleyman Rüstəm küçəsi, 9 ünvanında ("28 May" metro stansiyasının yaxınlığında) yerləşən "Sazz 4G" Baş ofisinə və ya istənilən "Sazz 4G" brend mağazasına müraciət edə bilərlər.
Ödənişləri onlayn həyata keçirərək kampaniyaya qoşulmaq istəyən abunəçilər, əlavə bonus müddətini əldə etmək üçün 4 aylıq və ya 6 aylıq onlayn ödəniş apardıqdan sonra telefonla 191 nömrəsinə, elektron məktubla "info@sazz.az" ünvanına, "Sazz 4G" "Facebook" səhifəsindən adminə, ya da Süleyman Rüstəm, 9 ünvanına şəxsən müraciət edib ad-soyad, login, ödəniş məbləği və ödəniş tarixi məlumatlarını bildirməlidirlər."Əlavə bonus" kampaniyası avqustun 31-nə qədər davam edəcək.
CAHANGİR
01/08/12 Çap et