Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt” MMC “CONTACT” beynəlxalq pul köçürmələri sisteminin tətbiqini genişləndirir
2012-ci il ərzində “Azərpoçt” MMC-nin ölkədaxili bütün tabeli poçt filialı və şöbələrində “CONTACT” beynəlxalq pul köçürmələri sisteminin artırılaraq əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur.
“ICTnews” elektron xəbər xidməti bu barədə MMC-yə istinadən məlumat verir.
Ötən ilin noyabr ayında “Azərpoçt” MMC ilə “RusSlavbank” arasında imzalanmış müqaviləyə əsasən “CONTACT” beynəlxalq pul köçürmələri “Azərpoçt” MMC-nin Bakı daxili və rayon şöbələri tərəfindən həyata keçirilir. Artıq 70-dən çox şöbədə yeni pul köçürməsi fəaliyyət göstərməkdədir.
CAHANGİR
01/08/12 Çap et