Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni dərs ilindən «E-Gündəlik»li şagirdlərin sayı daha çox olacaq
Azərbaycan məktəblərində ilk dəfə tətbiq edilən və gələcəkdə bütün regional məktəbləri də əhatə edəcək “E-Gündəlik” layihəsi “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində işlənib hazırlanıb. Bu ildən başlayaraq bu sistemin bir qədər də genişləndirilməsi nəzərdə tutulub.
Valideynlərin SMS-ismarıclar vasitəsilə orta təhsil məktəblərinin şagirdlərinin dərs müvəffəqiyyəti barədə məlumatlandırılması sistemi bütün dünya üzrə geniş vüsət alıb. Bu sistem öz effektivliyini sübut edərək qəbul olunub və buna görə də artıq neçə illərdir ki, hamı tərəfindən qəbul edilmiş bir normadır.
Məlumatlandırma sistemi aşağıdakı kimi çalışır: dərslər zamanı verilmiş qiymətlər, müəllimlərin valideynlər üçün qeyd etdikləri töhmətlər, planlaşdırılmış məktəb iclasları və tədbirlər barədə məlumatlar elektron məktəbin idarəedilməsi proqramına (ASM-ə) daxil edilir. Məlumatlar Təhsil Nazirliyinin Məlumat mərkəzində saxlanılır. Elektron məktəbin idarəedilməsi proqramının işlənib hazırlanması və texniki dəstək “ULTRA” şirkəti tərəfindən həyata keçirilir.
Məlumatlar elektron məktəbin idarəedilməsi proqramına birbaşa pedaqoqlar tərəfindən daxil edilir. Proqramdan istifadə üzrə xüsusilə müəllimələr üçün öyrədici təlimlər keçirildi. Məlumatlar “MSM” şirkətinin işçi qrupu tərəfindən yazılmış GSM-modul vasitəsilə proqrama yerləşdirildikdən sonra şagirdin müvəffəqiyyəti barədə məlumatlar SMS-ismarıclar vasitəsilə valideynin telefonuna daxil olur. SMS-ismarıclar yalnız bu xidmətə qoşulmuş valideynlərə göndərilir. Məktəbin rəhbərliyinə müraciət edərək, bu xidməti qoşmaq olar.
“ULTRA” şirkətindən verilən məlumata görə, «SMS-ismarıclar sistemi bir anda çalışır. Pedaqoq məlumatı sinif jurnalına daxil edən kimi, məlumat dərhal valideynin mobil telefonuna daxil olur. Valideynlər öz şəxsi işlərindən ayrılmadan daim öz övladının müvəffəqiyyəti barədə xəbərdar olacaq, o cümlədən onun dərsə gəlib-gəlmədiyi barədə biləcək».
«E-Gündəlik» layihəsi sosial yönümlüdür və respublikada təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib. Hal-hazırda elektron jurnal sistemindən istifadə edən təxminən 25 məktəb artıq bu layihəyə qoşulub.
RƏVAN
01/08/12 Çap et