Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti nazik və güclü planşet istehsal edəcək


Yaponiyanın “Sony” şirkəti alüminium korpusda hazırlanmış nazik  planşet təqdim etməyə hazırlaşır. Bu barədə “XDA Developers” forumunda “qsp” ləqəbli istifadəçi məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, qeyri-rəsmi məlumatlara görə, “Xperia” planşeti “Android 4.0” əməliyyat sistemi ilə işləyəcək. Planşet 9,4 düymlü 1280x800 təsvir ölçülü ekran və dördnüvəli “Nvidia Tegra 3” prosessoru ilə təchiz ediləcək. Həmçinin “Wi-Fi” modulu, “3G”, 8 meqapikselli əsas kamera və 1 meqapikselli ön kamera olacaq.

Akkumulyatorun tutumu 6,000 milliamper/saat təşkil edəcək. Nəmə davamlı korpusun qalınlığı 8,8 millimetrə bərabər olacaq.“Sony” şirkətinin aparatı sentyabrda istehsal edəcəyi gözlənilir.
 



EMİL





01/08/12    Çap et