Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook”un səhmlərinin qiyməti minimuma enib
“Facebook”un səhmlərinin qiyməti çərşənbə günü daha 3,8 faiz azalaraq 20,88 dollar olub. Bu nəticə şirkətin birjaya çıxması anından qeydə alınmış mütləq tarixi minimumdur. Səhmlərin qiymətinin azalmasına şirkətin göstəricilərinin artım sürətinin zəifləməsi səbəb olub.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sosial şəbəkənin səhmləri əvvəlcə birjada 38 dollar qiymətinə yerləşdirilmişdi, lakin cari ilin mayından etibarən “Facebook”un səhmlərinin qiyməti azalmağa doğru gedir, çünki investorlar sosial şəbəkənin potensialının artıq tükəndiyindən narahatdırlar.
Məlumat üçün bildirək ki, “Facebook” cari ilin ikinci rübündə 1,18 milyard dollar həcmində mədaxil əldə edib, şirkətin əməliyyat marjası 192 milyon dollar təşkil edib.
EMİL
02/08/12 Çap et