Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda qeydiyyatdan keçmiş fiziki şəxslər üzrə onlayn axtarış bazası yenilənib


Azərbaycanda vergi uçotuna alınmış fiziki şəxslər üzrə axtarış bazası yenilənib. “Qeydiyyatdan keçmiş fiziki şəxslər üzrə axtarış bazası” 2008-2012-cu illəri əhatə edir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, burada fiziki şəxsin adını və ya VÖEN nömrəsini yazmaqla, onun axtarış bazasında olub-olmadığı barədə informasiya almaq mümkündür.  Saytda ödəyicilərin bazada asan axtarış aparmaları üçün ondan istifadə qaydalarını əks etdirən xüsusi videobələdçi də yerləşdirilib.

Qeyd edək ki, bu bazadan başqa, nazirliyin “İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri”, “Dövlət xəzinədarlığı orqanlarında vergi və rüsumlar köçürüləcək bank hesablarının rekvizitləri” üzrə axtarış bazaları da mövcuddur. Bu bazalara da qurumun rəsmi saytından keçid etmək mümkündür.



 
HƏQİQƏT




02/08/12    Çap et