Müasir texnologiya əsasında kağız istehsal edən məşhur şirkət Azərbaycana əməkdaşlıq təklif edib
Rusiya Federasiyasının “DİİP 2000” şirkətindən azərbaycanlı iş adamlarına təklif gəlib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
AZPROMO-dan bildirilib ki, "DİİP 2000" şirkəti Rusiya və MDB ölkələrində kağız pul emalı və saxlanılması üçün texnika vasitələrinin əsas tədarükçüsü kimi tanınmaqdadır və regionun çoxlu sayda qabaqcıl bankları sözügedən şirkətlə davamlı olaraq əməkdaşlıq etməkdədirlər.
Şirkətin istehsal etdiyi texnologiya ən yüksək standartlara cavab verir və dünyanın öncül şirkətləri olan “KİSAN Elektronics CO LTD” (Cb. Koreya), “PLUS” (Cb.Koreya), “ROBUR” (İsveç) və “Ctcoin” (Danimarka) şirkətlərinə istehsal etdiyi texnikasının satışını həyata keçirir. Şirkət yalnız kağız pul istehsalı və saxlanılması üçün deyil, həmçinin ofis üçün digər texnikalar (pulsayma aparatı, seyf avadanlıqları) istehsal edir: “Şirkət Azərbaycan şirkətləri ilə də sıx əməkdaşlıq qurmaq niyyətindədir”.
Əməkdaşlıq qurmaq istəyən şirkətlər sözügedən şirkətlə, o cümlədən şirkətin icraçı direktoru Aleksandr Plexanovla (Ünvan: Kastanayevskaya küç.,ev 58; 121108 Moskva ş. Rusiya Federasiyası; tel: +7(499) 1420848 (7-12-121); e-mail:
pav@deep2000.ru;
http://www.deep2000.ru/) əlaqə yarada bilərlər.
Onu da qeyd edək ki, dövlət və özəl sektorun Birgə Təşəbbüsü olan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə təsis edilib. Təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri xarici investorlar, yerli istehsalçılar və hökumət arasında körpü funksiyasının həyata keçirilməsindən ibarətdir.
Müstəqil təşkilat olan fondun əsas məqsədi ölkə iqtisadiyyatının həm sektor, həm də region baxımından tarazlı inkişafına nail olunması və ölkədə, xüsusilə də regionlarda, yoxsulluğun azaldılması strategiyası çərçivəsində yeni iş yerlərinin açılması üçün investisiyaların cəlb edilməsi və Azərbaycandan xaricə ixracatın təşviqi ilə əlaqədar tədbirlərin həyata keçirilməsindən ibarətdir. AZPROMO-nun missiyasına iqtisadiyyatın balanslaşdırılmış inkişafı, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların (BXİ) yatırılması və ixracyönümlü sektorların inkişafı yolu ilə iqtisadi artımı təmin etmək daxildir.
HƏQİQƏT