Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın poçt operatoru sığorta şəhadətnamələrinin satışını davam etdirir
Hal-hazırda "Azərpoçt" MMC-nin bütün Regional Poçt filiallarında fəaliyyət göstərən avtomobillərin icbari sığortası prosedurları əməliyyatçılar tərəfindən əhaliyə tam şəkildə izah edilir. Eyni zamanda, sığorta şəhadətnamələrinin satışı davam etdirilir.
Xatırladaq ki, ötən ilin sonlarında "Azərpoçt" MMC ilə "Atəşgah" ASC və "AtaSığorta" ASC sığorta şirkətləri arasında sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortalıların və sığortaçıların hüquq və mənafelərinin qorunmasına yönəldilən, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsinə, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyətinin göstərilməsinə və sığorta müqavilələrindən irəli gələn münasibətlərin tənzimlənməsinə dair müqavilələr imzalanıb. İmzalanan müqavilələrə əsasən, "Azərpoçt"un poçt filialları və şöbələri vasitəsilə sığortaçılara icbari və könüllü sığorta üzrə xidmətlər göstərilir.
CAHANGİR
02/08/12 Çap et