Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Brauzerlərin lideri məlum olub


“Net Applications” şirkəti 2012-ci ilin iyulunda populyar brauzerlərin bazar payını açıqlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, fərdi kompyuter istifadəçiləri arasında ən çox  istifadə edilən brauzer “İnternet Explorer” olaraq qalır. Ötən ay ərzində onun bazar payı 0,1 faiz azalaraq 53,9 faiz təşkil edib.

“Firefox” brauzeri mövqeyini azca möhkəmləndirib. Belə ki,  hazırda onun bazar payı 20,06 faizə bərabərdir.

18.9 faiz bazar payına malik “Chrome” brauzeri üçüncü yerdə qərarlaşıb. Bu göstərici ötən ayla müqayisədə 0,18 faiz azdır.

Sonrakı yerdə “Safari” brauzeri qərarlaşıb. Onun bazar payı 0,17 faiz artaraq hazırda 4,9 faiz təşkil edir. “Opera” brauzerinin mövqeyi isə  1,59 faizə bərabər olub.

Mobil brauzer seqmentində “Safari Mobile” (66.2 faiz) liderdir. Sonrakı yerlərdə “Android” platformasının brauzeri və “Opera Mini” qərarlaşıb. Onların bazar payı hazırda müvafiq olaraq 19.4 və 9.3 faiz təşkil edir.



 
EMİL




02/08/12    Çap et