Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Taxta korpusda ekoloji cəhətdən təmiz kompyuter təqdim edilib
Almaniyanın Fraunhofer İnstitutu və İrlandiyanın “MicroPro” şirkətinin mütəxəssisləri sensor ekrana malik ekoloji cəhətdən təmiz monoblok kompyuter hazırlayıblar.
Qurğu Avropanın “EU Ecolabel” ekoloji markasına layiq görülüb. “EU Ecolabel” markası ekoloji effektivlik və keyfiyyətin yüksək standartlarına cavab verir.
İstehsalçılar kompyuterin enerji sərfiyyatını azaltmaq üçün ventilyatorlarsız passiv soyuma sistemi və enerjiyə qənaət edən digər komponentlər istifadə ediblər. Ekranın ətrafındakı çərçivə və altlıq elementləri ağacdan hazırlanıb.
Monoblok istehsalçıları hazırda taxta korpusda hazırlanmış ekoloji cəhətdən təmiz noutbuk yaratmaqla məşğuldur.
EMİL
02/08/12 Çap et