Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Abşeronda yeni NGN texnologiyalı stansiya avadanlıqları istismara verilib
Abşeron rayonunda telekommunikasiya şəbəkəsinin inkişaf etdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər planı qrafikə uyğun davam edir.
“Aztelekom” İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev “ICTnews” elektron xəbər xidmətinə bildirib ki, rayonun Qurtuluş 93, Atçılıq, Hökməli, Yeni Qobu, Qobustan yaşayış massivlərində quraşdırılması üçün ümumi tutumu 6592 nömrə olan yeni NGN texnologiyalı stansiya avadanlıqları istismara verilib. Z.Vəliyev əlavə edib ki, Qobustan EATS-də müəyyən tamamlanma işləri aparıldığından hələlik istismara verilməyib.
Qeyd edək ki, Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda Abşeronda “Qurtuluş 93” yaşayış massivində tətbiq edilən GPON pilot layihəsi çərçivəsində 12 beşmərtəbəli binada kabelləşmə işləri aparılıb. Qeyd edək ki, bu texnologiya vətəndaşların bir xətlə bütün multimedia xidmətlərindən istifadəsinə şərait yaradır.
RƏVAN
02/08/12 Çap et