Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşetlər, noutbuklar və netbuklar bazardan çıxacaq


San-Fransiskoda “Semicon West” sənaye avadanlığı ticarət sərgisində çıxış edən arxitektura hazırlamaları üzrə “İntel” şirkətinin vitse-prezidenti Rama Şukla olduqca maraqlı proqnoz verib. Onun sözlərinə görə, netbuk, noutbuk və planşetlər arasında sinfi sərhəd tez aradan götürülür. İstehsalçılar bunu anlamırlar və hətta 10 il ərzində bu qurğuların bazardan yox olacağını güman belə edə bilməzlər. "Bir azdan bir form-faktorun harada bitdiyini və digərinin harada başlandığını anlamaq çox çətin olacaq”, - Şukla bildirib və əlavə edib ki, artıq indi fərdi kompyuter konsepsiyasını köhnəlmiş hesab etmək olar. Yaxın gələcəkdə kompyuterlər "şəxsi peyk" rolunda çıxış edəcəklər. Bu “bulud”dakı informasiyanı bölüşmək və ya onu şəxsi nəzarətdə saxlamaq olar.
Şukla bu konsepsiyasının reallaşdırılması üçün avadanlıq və proqram təminatı istehsalçılarına “bulud” istiqamətində birgə işləməyi təklif edir. Yalnız bu halda istifadəçilər hesablama mühitində təhlükəsiz işləyə və informasiyanı idarə edə bilərlər. “İntel” nümayəndəsi artıq şirkətin yeni dəyişikliklərə hazırlaşdığını bildirib.




15/07/11    Çap et