Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Anonymous” haker qruplaşması loqosunu əlindən aldılar (VİDEO)


Futbolka və hədiyyə məhsulunun satışı ilə məşğul olan Fransanın   “Early Flicker” şirkəti “Anonymous” haker hərəkatının loqosunu  ticarət markası kimi qeydiyyatdan keçirib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, “Anonymous” beynəlxalq haker hərəkatı hesab edilsə də, bu birliyin dəqiq iyerarxik strukturu yoxdur.

Qrup fəallarının ağ-qara loqosunda qlobus fonunda kostyum geyinmiş insan təsviri, baş əvəzində isə sual işarəsi var. Hakerlərin şüarı isə belədir: "Biz “Anonymous”uq. Biz bağışlamırıq, biz unutmuruq. Bizi gözləyin".

“Early Flicker” şirkətinin hərəkəti haker qruplaşmasının hiddətinə səbəb olub. Onlar “YouTube”-da yerləşdirdikləri videoçarxda Fransa şirkətinə müharibə elan ediblər. "Onların lovğalığı və mədəniyyətsizliyi cəzalandırılacaq. “Anonymous” onların internet vasitəsilə həyata keçirəcəkləri istənilən biznesi qeydiyyat ləğv edilməyənə və ictimai üzr istənilməyənə kimi “məhv” edəcəyini  bəyan edib” -  haker hərəkatının nümayəndələri bildiriblər.
 



EMİL





02/08/12    Çap et