Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sharp” yarım əsrdən sonra ilk dəfə olaraq işçilərini kütləvi ixtisar edəcək
Yaponiyanın "Sharp" korporasiyası yaxın 8 ay ərzində 5 min iş yerini ixtisar edəcək. Məlumat üçün bildirək ki, şirkət 1950-ci ildən bəri ilk dəfə olaraq kütləvi ixtisar həyata keçirəcək.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, ixtisarlar ilk növbədə Yaponiyada ediləcək. Şirkəti bu addımı atmağa vadar edən əsas səbəb televizor və maye kristal ekran satışlarının həcminin azalmasıdır.
Korporasiya əməkdaşlarını ixtisar etməkdən savayı, həmçinin müdiriyyətinin maaşını azaldacaq. Top-menecerlərin bonusları isə 20-50 faiz azaldılacaq.
EMİL
02/08/12 Çap et