Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook”u tərk edənlərin sayı çoxalıb
“Facebook” sosial şəbəkəsi istedadları itirməyə davam edir. Belə ki, ötən həftə şirkətin üç əsas əməkdaşı şirkətdən getməsini bəyan edib. “ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, əvvəlcə, platformalarla əməkdaşlıq üzrə direktor İtan Berd öz istefasını elan edib.
Daha sonra platformaların marketinqi üzrə direktor Keti Mitiç “Facebook”u tərk edib. Sosial şəbəkənin mobil platformasının marketinqi üzrə meneceri Conatan Matus da “Facebook”u yarı yolda qoyanlar sırasındadr.
Məlumat üçün bildirək ki, 2012-ci ilin yayında “Facebook”u bir sıra top-menecerlər tərk etmişdi. İyunda texniki direktor Bret Teylor şəxsi startapını inkişaf etdirmək planlarına görə şirkətdəki postundan getmişdi. İyulda isə “Open Graph”-ın meneceri Karl Şeqren istefa verib.
EMİL
03/08/12 Çap et