Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərfon”un xidmət haqları kənd poçt şöbələrində də qəbul olunacaq
Region poçt şöbələrində “Azərfon”un telefon danışıq haqları qəbul olunacaq. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Azərpoçt” MMC-dən məlumat verilib. Bütün poçt şöbələrində xidmətin təşkili üçün tərəflər arasında müqavilə hələ ötən il imzalansa da, texniki problemlər üzündən məsələ yalnız Bakı çərçivəsində həllini tapıb.
Artıq bu istiqamətdə irəliləyişlərə nail olunub və müəssisədən verilən məlumatda bildirilir ki, yaxın günlərdə bütün region poçt şöbələrində, hətta kəndlərdə belə adıçəkilən mobil operatorun xidmət haqları qəbul ediləcək.
Xatırladaq ki, bir neçə il əvvəl “Azercell” və “Bakcell” MMC-lərin abunəçilərindən xidmət haqlarının qəbulu təşkil edilib.
RƏVAN
03/08/12 Çap et