Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçinin “cookie” faylları onun "barmaqlarının rəqəmli izi" kimidir


San-Dieqo şəhərində yerləşən Kaliforniya Universitetindən olan  tədqiqat qrupu bildirib ki, bu yaxınlarda böyüklər üçün “YouPorn”  saytının müştərilərinin digər pornosaytlara daxil olub-olmadıqlarını yoxlaması ilə bağlı baş vermiş qalmaqalı araşdırıb. “YouPorn”-un axtarış bazasında “cookie” fayllar üzrə axtarılmış 46 digər sayt-rəqib tapılıb.

Bu qalmaqalı araşdırmış mütəxəssislərin gəldiyi nəticəyə əsasən, “cookie” fayllar əsasında internet-istifadəçilərin unikal identifikatorlarını yaratmaq olar və daxil olunmuş saytların siyahısı bir növ istifadəçinin "barmaqlarının rəqəmli izi" kimidir. Metodun müəlliflərinin sözlərinə görə, müxtəlif parametrlərə görə iki tamamilə eyni “cookie” faylın mövcudluğu ehtimalı istisnadır.

Veb-sörfinq sahəsində bundan əvvəl aparılmış tədqiqatlara əsaslanan kaliforniyalı alimlər qeyd ediblər ki, müxtəlif istifadəçilərin “cookie” faylları heç vaxt təkrarlanmır. Metodun müəllifləri bildiriblər ki, 368284 istifadəçinin “cookie” fayllarını araşdırıblar və heç bir təsadüf tapmayıblar.


EMİL





03/08/12    Çap et