Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

12 kanal rəqəmsal yayım formatına keçirilib


Azərbaycanda rəqəmsal televiziya formatına tam keçid 2012-ci ilin sonlarına gözlənilir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov məlumat verib. Onun sözlərinə görə, hazırda regionlar üzrə rəqəmsal televiziya yayımının optimallaşdırılması üçün əlavə avadanlıqlar qurulur. “ Artıq,  rəqəmsal yayım formatına 12 kanal keçirilib.

Bu istiqamətdə işlər mərhələli şəkildə davam etdiriləcək. Əlavə tədbirlər görülməklə bu kanalların sayı artacaq. Perspektivdə isə 50-60 telekanaldan ibarət kommersiya paketlərinin təklif olunması var”- deyə Abbasov bildirib. O qeyd edib ki, görülən tədbirlər nəticəsində Azərbaycanda əhali yaşayan bölgələrin 88-90 faizi rəqəmsal TV-nin əhatə dairəsinə qatılacaq.






03/08/12    Çap et