Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çinin smartfon bazarının həcmi 1 il ərzində 199 faiz artıb


“Canalys” analitik şirkətinin dərc etdiyi məlumata əsasən, hazırda Çinin smartfon bazarı sürətlə inkişaf edir. Son 12 ay ərzində Çin Xalq Respublikasında (ÇXR) smartfonların tədarük həcmi 199 faiz artıb və hazırda dünyada smartfon satışlarının təxminən ¼ hissəsi Çinin payına düşür. “Canalys” şirkətinin hesablamasına görə, Çində ikinci rübdə təxminən 42 milyon smartfon satılıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, cari ilin əvvəlindən ölkə ərazisində mobil şəbəkələrə 200 milyondan bir qədər az yeni abunəçi qoşulub. Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, hazırda ölkə ərazisində mobil rabitə istifadəçilərinin ümumi sayı 1 milyardı ötür.





 
EMİL





03/08/12    Çap et