Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ internet üzərindəki nəzarət funksiyasını BMT-nin səlahiyyətinə vermək istəmir


Rəsmi Vaşinqton internet üzərindəki nəzarət funksiyasının Birləşmiş Millətlər Təşkilatının (BMT)  səlahiyyətinə verilməsi ideyasına qarşı çıxıb. Beynəlxalq Telekommunikasiya İttifaqının iclaslarından birində bu məsələ qaldırıldığı halda ABŞ-ın hökumət nümayəndələri bu ideyanı dəstəkləməyəcək.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, hazırda qlobal şəbəkə, domen adlar sisteminin normal fəaliyyət göstərməsinə texniki nəzarət ABŞ-ın Ticarət Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərən Amerikanın bir neçə şirkəti tərəfindən həyata keçirilir.

İnternet üzərində nəzarət funksiyasının “BMT” təşkilatının səlahiyyətinə verilməsi haqqında ideyanı artıq bir sıra ölkələr dəstəkləyib. Bununla belə Beynəlxalq Telekommunikasiya İttifaqının direktoru bu yaxınlarda bildirib ki, bu cür addım yalnız onun bütün ölkələr tərəfindən yekdil dəstəklənməsi halında mümkün olacaq.


 
EMİL





03/08/12    Çap et