Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zəngin İT direktorlarının reytinqində Mark Zukerberqin mövqeyi zəiflədi


“Facebook”un banisi və direktoru Mark Zukerberqin planetin ən zəngin İT direktorlarının reytinqində mövqeyi zəifləyib. Buna “Facebook” səhmlərinin qiymətinin kəskin azalması səbəb olub. 28 yaşlı milyarderin varidatı dünən 423 milyon dollar azalıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda Zukerberqin varidatı 10,2 milyard dollar həcmində qiymətləndirilir. Bu, “SAS”-ın banisi Ceyms Qudnaytın varidatından 400 milyon dollar azdır. Beləliklə, Qudnayt hazırda İT milyarderlərin reytinqində 10-cu yerdə və Zukerberq isə 11-ci yerdə qərarlaşıb.






 
EMİL




03/08/12    Çap et