Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İBM Yaponiyada iki yeni məlumat mərkəzi açacaq


Bu gün İBM şirkəti Yaponiyada iki yeni məlumat mərkəzinin açılışını edib. Beləliklə, şirkət öz “bulud” infrastrukturunu genişləndirib. Onlardan biri “Makuxari”-də yerləşəcək və “SmartCloud Enterprise”-i dəstəkləyəcək. Bu, iri müəssisələr üçün xüsusi “bulud” həllidir.
İkinci məlumat mərkəzi “LotusLive” işinin, birgə işin ofis sisteminin, ünsiyyətin və konfransların saxlanılması üçün istifadəyə veriləcək. Bu, İBM-ə məxsus məhsuldur. Yaxın vaxtlarda istifadəyə verilmiş “Office 365”, həmçinin “Google Apps” ilə analoji xarakter daşıyır.
“Bulud” infrastrukturun ölçüsünə görə İBM-in ən yaxın rəqibi “Amazon”dur. Mart ayında o da, həmçinin Yaponiyada məlumat mərkəzi istifadəyə verib və indi onun bütün dünya üzrə 5 məlumat mərkəzi var.




15/07/11    Çap et